"Mançester Yunayted"in və "Ayaks"ın keçmiş baş məşqçisi Erik ten Haq Dortmund "Borussiya"sına rəhbərlik edə bilər.
Publika.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Niderlandlı mütəxəssis bu postda Nuri Şahini əvəz etməyə yaxındır. Buna səbəb komandanın Bundesliqada "Holstein Kiel"ə məğlubiyyətdən sonra (4:2) 9-cu yerə düşməsidir. Son 7 qarşılaşmada dortmundlular yalnız bir qələbə qazanıb.
Qeyd olunur ki, Ten Haq "Borussiya" - "Bayer" matçında (2:3) belə iştirak edib. Onun Dortmund klubunun məsləhətçisi Matias Sammer ilə də yaxşı münasibəti var.