AZ

Ağ Ev: Qəzzada mülki vətəndaşların həlak olması qəbuledilməzdir

Ağ Evin Milli Təhlükəsizlik üzrə müşaviri Con Kirbi Qəzzada baş verənlərlə bağlı son məlumatları verib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Vaşinqtondakı Mətbuat Mərkəzində Co Bayden administrasiyasının xarici siyasət hesabatını qiymətləndirən Kirbi Qəzzada atəşkəsə çox yaxın olduqlarını bildirib:

"İndi mən burada durub deməyəcəm ki, həlak olan mülki şəxslərin sayı məqbuldur. Bu, qəbuledilməzdir. Mən faktiki rəqəmin nə olduğunu bilmirəm. Sizin dediyiniz kimi, bu, təxmini saydan çox ola bilər. Biz İsrail administrasiyası ilə birgə fəaliyyət göstərib atəşkəs əldə etməyə çalışırıq".

Əli Hüseynov

 

Seçilən
1
bakivaxti.az

1Mənbələr