Gürcüstanın Daxili İşlər Nazirliyi “Qaxariya Gürcüstan Üçün” partiyasının lideri, sabiq baş nazir Giorgi Qaxariyaya edilən hücum faktı ilə bağlı istintaqa başlayıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, nazirliyin məlumatına görə, araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə aparılır.
Sözügedən maddə zorakılığı nəzərdə tutur.
Qeyd edək ki, Giorgi Qaxariyaya Batumidə hücum edilib. Məlumatı partiyanın mətbuat xidməti təsdiqləyib, lakin hadisənin detalları açıqlanmayıb.