AZ

Timoşenko üzə çıxdı və...

"Ukrayna sürətlə gələcəyi olmayan ölkəyə çevrilir. İlk növbədə, onun daxilində baş verən proseslərə görə".

"Cebheinfo.az" xəbər verir ki, bunu keçmiş baş naziri Yuliya Timoşenko "İnsider UA" -ya deyib. 

Siyasətçinin qeyd etdiyi kimi, hazırda Ukraynada sənayesizləşmə gedir. Ölkədə təsərrüfatlar tədricən məhv edilir, kəndlər isə ölkənin xəritəsindən silinir. Nəticədə hər şey əhalinin xaricə axınına gətirib çıxarır.

“İnsanlar işləmək və ailələrini dolandırmaq imkanları olmadığı üçün gediblər. Bu proses bizi gələcəyi olmayan ölkəyə çevirən iqtisadi durğunluqdur”, - deyə Timoşenko bildirib.

O, beynəlxalq şuralara Ukrayna Konstitusiya Məhkəməsinin hakimlərini seçməyə icazə verən ən son qanunlardan birini də tənqid edib. Timoşenko əmindir ki, bu, bu, Kiyevlə hüququndan məhrum edilmiş koloniya kimi davranmağa imkan verir.

Xəzər

"Cebheinfo.az"

Seçilən
0
cebheinfo.az

1Mənbələr