Hüquq-mühafizə orqanları Koreya Respublikasının prezidenti Yun Sok Yolu həbs edib.
Bakupost.az xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi məlumat yayıb.
“Yerli vaxtla saat 10:33-də (Bakı vaxtı ilə 05:33) prezident Yun Sok Yolun həbsinə dair order icra edilib”, - İdarədən jurnalistlərə bildirilib.
Xatırladaq ki, daha əvvəl də Cənubi Koreya məhkəməsi Koreya Respublikasının prezidenti Yun Sok Yol haqqında daha əvvəl də həbs qərarı çıxarmış, lakin bu qərar icra olunmamışdı. Belə ki, yanvarın 3-də birgə istintaq qrupunun nümayəndələri Yun Sok Yolu həbs etməyə çalışıb, lakin onun mühafizəçiləri ilə 5 saatdan çox davam edən qarşıdurmadan sonra prezidentin yaşadığı ərazini tərk ediblər.
Xatırladaq ki, dekabrın 3-də Yun Sok Yol Cənubi Koreyada hərbi vəziyyət elan edib. O, bu qərarını “Şimali Koreyayönlü qüvvələrin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq” zərurəti ilə izah edib.
Bir neçə saat sonra parlament tətbiq olunan rejimin ləğvinə səs verib.
Dekabrın 14-də Koreya Respublikasının parlamenti prezident Yun Sok Yola impiçment elan edib, nəticədə onun səlahiyyətləri dayandırılıb.