AZ

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imzanın tərəfdaş çevrəsi genişlənməkdə davam edir. “SİMA İmza” vasitəsilə xidmətlərini rəqəmsallaşdıran növbəti qurumlar “E-Legal”, “Profmart” və “Qarabug” platformaları olub.

Fiziki və korporativ hüquqi xidmətlər göstərən “E-Legal” şirkəti SİMA rəqəmsal imza ilə müştərilərin platformada onlayn imzalama xidmətini rəqəmsallaşdırıb. İstifadəçilər platformada müxtəlif növ hüquqi xidmətləri “SİMA İmza” ilə əldə edə bilərlər.

“Profmart” platformasında isə fiziki şəxslər və korporativ xidmət göstərmək istəyən hüquqi şəxslərin öz aralarında müqavilələrin onlayn imzalanmasını “SİMA İmza” ilə həyata keçirməsi mümkündür. Xidmətlərin sırasına vergi və mühasibat uçotu, maliyyə, hüquq, mediasiya, İT və digər xidmətlər daxildir.

“Qarabug” platformasında isə kibertəhlükəsizlik sahəsində monitorinqlər və tədqiqatlar aparan sahə adamları platformaya giriş üçün “SİMA İmza”dan istifadə edə bilərlər. Platformadan etik hakerlər və qurumların istifadəsi mümkündür.

Seçilən
3
46
demokrat.az

10Mənbələr