Afrika ölkəsi Kanadanın mədən şirkəti "Barrick Gold"un istehsal elədiyi qızılları elə mədəndə müsadirə edib, şirkətin fəaliyyətini isə dayandırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Afrikanın ən böyük qızıl istehsalçılarından biri olan Malidə hökuməti bir müddətdir problemlər yaşadğı Kanada şirkətinə qarşı sərt addımlara tıb.
Məlumata görə, hökumət "Barrick Gold" tərəfindən idarə olunan Loulo-Qounkoto mədənində gəlirlərin bölüşdürülməsi ilə bağlı mübahisəli vəziyyətə görə stoklanmış qızıllara "əl qoyub": "Üstəlik, mədənin və şirkərtin qapıları qapadılıb. Bazar dəyərinə görə dünyanın ikinci ən böyük qızıl mədən şirkəti olan "Barrick Gold" baş verənlərə görə Mali hökumətini günahlandırıb. Şirkət hökumətin tələbini qanunsuz sayır və bildirir ki, basqılar üzündən idxal və ixracı mümkünsüzləşib"
Qeyd olunub ki, bir müddətdir ölkə rəhbərliyi ilə şirkət arasında mədən sahəsi ilə bağlı fikir ayrılığı olub: "Keçən il şirkətin 4 əməkdaşı saxlanılıb, baş direktoru Mark Bristou barəsində həbs qərarı verilib. Malinin qərbində, Seneqal sərhədinə yaxın ərazidə yerləşən Loulo-Qounkoto 80 faiz şirkətə, 20 faiz isə Mali dövlətinə məxsusdur. Mlai hökuməti hesab edir ki, şirkət hökumətə düzgün hesabat vermir, gəliri şəffaf bölmür, pay bölgüsünü düz aparmır. Çəhz bu şübhələrə görə, Afrikanın ən böyük qızıl istehsalçılarından biri olan Malidə hökumət vergi güzəştlərini ləğv edib, ədalətli pay bölgücü ilə bağlı yeni qanun hazırlayıb".
Samir Musayev
MİA.AZ