Rusiyada məşhur cüdoçu qətlə yetirilib. Bu barədə yerli media məlumat yayıb. Tver Cüdo Federasiyası isə iddia edib ki, 33 yaşlı sambo üzrə Dünya Kubokunun qalibi olan Olqa Baranovanın ölümündə zorakılıq halı olmayıb. O, sadəcə bədbəxt hadisə nəticəsində ölüb.
“Ölümün səbəbi bədbəxt hadisədir. Bizim Olqanın yaxınlarının razılığı olmadan onunla bağlı dəqiq nəyin baş verməsini açıqlamaq hüququmuz yoxdur. O, uzun müddətdir ki, peşəkar idmanla məşğul olmurdu. Olqa karyerasını başa vurub və bizdə olan məlumata görə, fitnes üzrə məşqçi kimi fəaliyyət göstərib”, - federasiyanın yaydığı məlumatda qeyd edilib.
Qeyd edək ki, Baranovanın ölümü sosial şəbəkələrdə yanvarın 14-də yayılıb. Tverisport portalı idmançının son vaxtlar işində, şəxsi həyatında və səhhətində ciddi çətinliklər yaşadığını yazmışdı. Yaxınlarının dediyinə görə, ölümə səbəb ağır xəstəlik olub.
Tural