Dünən səhər saatlarında itkin düşən Kəngərli rayonunun Xok kəndinin sakinləri iki yeniyetmə oğlan gecə saat 4 radələrində Naxçıvan şəhərində polis əməkdaşları tərəfindən tapılaraq ailələrinə təhvil verilib.
Adalet.az xəbər verir ki, hadisə qeydə alınan saat polis şöbəsinə məlumat verilib.
Həm Kəngərli, həm də muxtar respublikanın digər bölgələrində səfərbər olan Naxçıvan polisi 24 saat ərzində yeniyetmələri taparaq ailələrinə təhvil verib.