İsrail HƏMAS-la anlaşmaq üzrədir
Yüksək səviyyəli heyətlərin Dohada görüşü planlaşdırılıb.
Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İsrail hökumətinin sözçüsü David Mentzer bildirib.
Onun sözlərinə görə, hazırda yüksək səviyyəli İsrail nümayəndə heyəti girovların azad edilməsinə dair razılaşmanın əldə edilməsi üçün Dohadadır.
“Qəzza zolağında məskunlaşma və israilli girovların azad edilməsi ilə bağlı razılaşma yaxındır, amma hələ əldə olunmayıb. Çünki Fələstinin HƏMAS hərəkatından görüşlə bağlı cavab alınmayıb”,- Mentzer deyib.
E. KAMAL