AZ

Olimpiya təhsili və təhlükəsiz idman

Milli Olimpiya Komitəsində İngiltərənin Hertfordshire Universitetinin professoru Mayk Kallan, qlobal tərəfdaşlıq və xaricdə təhsil üzrə direktoru Con Drayverllə görüş olub.

MOK-dan bildiriblər ki, görüşdə Azərbaycan Cüdo Federasiyası və Milli Olimpiya Komitəsi arasında Olimpiya təhsili və təhlükəsiz idman sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. İdmançıların performans analizinin təkmilləşdirilməsi üçün süni intellekt texnologiyalarının tətbiq imkanları və bu istiqamətdə gələcək addımlar nəzərdən keçirilib.

Tərəflər  “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində mövcud prioritetləri müzakirə edərək, innovativ yanaşmaların və təhsil təşəbbüslərinin idmançıların inkişafında əhəmiyyətini vurğulayıblar.

L.QURBANOVA  
XQ

Seçilən
6
1
xalqqazeti.az

2Mənbələr