Özünü dostlarına göstərmək üçün sərnişin avtobusuna atəş açan yeniyetməni polis saxlayıb. Avtosfer.az xəbər verir ki, Rusiyanın Krasnoyarsk şəhərində baş verən hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, bir müddət əvvəl 16 yaşlı məktəbli mağazadan pnevmatik tapança alıb. Hadisə baş verən gün o, bir neçə həmyaşıd dostunu yanına çağırıb və bacarıqlarını nümayiş etdirmək üçün onların qarşısında içərisində sərnişinlərin olduğu avtobusa atəş açıb. Sonra silahı qutuya qoyaraq yaşadığı binanın dəhlizində (blok) gizlədib.
İlkin olaraq atəşin kim tərəfindən açıldığı məlum olmasa da, hüquq-mühafizə orqanlarının əməkdaşları tezliklə yeniyetməni tapıblar.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.
Avtosfer.az həmin videonu təqdim edir:
Namiq Musayev