Moskvada diş həkimindən qayıdan kişinin vəziyyəti ağırlaşıb.
“Medicina” xəbər verir ki, 34 yaşlı kişi tanışı diş həkimində dişlərini düzəltdirib.
Belə ki, 4 saat ərzində 11 dişi yonulub plomblanan kişinin ürəyi dözməyib.
3 dəfə ağrıkəsicilər vurulmaqla saatlarla stomatoloq kreslosunda qalan pasiyent bunun üçün klinikaya 70 min rubl ödəyib.
Axşam saat 8-də klinikanı tərk edən xəstə evdə yemək yeyərək yatıb. Səhər ailəsi onun artıq nəfəs almadığını görüb.
Xəstəxanaya çatdırılsa da artıq gec idi. Onunürəyinin dayandığı bildirilib.
Aygün Musayeva