AZ

ABŞ Ermənistanı xilas edə bilməyəcək – Köçəryan

ABŞ ilə imzalanmış strateji tərəfdaşlıq haqqında saziş Ermənistanı xilas etməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Tiqran Köçəryan deyib.

“İrəvan ABŞ tərəfindən “Ermənistanın təhlükəsizliyinin təminatı” kimi hazırlayıb göndərdiyi sənədi imzaladı. 2021-ci ilin noyabrında imzalanmış belə bir sənədin Ukraynanı necə “xilas” etdiyini yəqin ki, artıq bilirsiniz”, - ekspert vurğulayıb.

Xatırladaq ki, dünən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Vaşinqtonda iki ölkə arasında strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
0
teleqraf.com

1Mənbələr