AZ

Kosmik yarışda yeni addım: "SpaceX" Türkiyənin "Baykar" şirkətinin peykini buraxdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Pilotsuz texnologiyalar sahəsində innovativ işləmələri ilə tanınan "Baykar" fəaliyyətini kosmik sahədə də genişləndirir. Belə ki, ABŞ-li biznesmen İlon Mask tərəfindən qurulan "SpaceX" şirkəti Türkiyənin pilotsuz uçuş aparatları istehsalçısı "Baykar"ın iştirakı ilə yaradılan "Fergani Space"in ilk peykinin uğurlu buraxılışını həyata keçirib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilir ki, buraxılış ABŞ-nin Vandenberg bazasından "Transporter-12" missiyası çərçivəsində həyata keçirilib.
"20 illik hədəfə çatdıqdan sonra bir az daha irəli getdik və kosmik tədqiqatlara başladıq", - deyə şirkətin İdarə Heyətinin sədri Selçuk Bayraktar hadisəni şərh edib.
Onun sözlərinə görə, "Fergani" layihəsi çərçivəsində Türkiyə şirkəti öz qlobal mövqe təyin etmə sistemini yaratmağı planlaşdırır.
Qeyd etmək lazımdır ki, "Fergani" peyki üçün hidrogen-peroksid mühərrikinin sınağı 2024-cü ilin may ayında uğurla həyata keçirilib.
Seçilən
1
oxu.az

1Mənbələr