Tehran ABŞ İranın nüvə proqramı üzrə 2015-ci il üçün Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) şərtlərinə əməl etməyə qayıtmayana qədər Vaşinqtonla danışıqlar aparmaq niyyətində deyil.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib:
“Bizim ABŞ-ilə bağlı siyasətimiz elədir ki, Amerika hökuməti JCPOA-ya qayıtmayınca və ya Vaşinqtonun yeni hakimiyyət orqanları bu məsələ ilə bağlı mövqeyini açıqlayana qədər heç bir danışıqlar aparılmayacaq”, – deyə Əraqçi İran dövlət televiziyasına müsahibəsində bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az