AZ

Bakıda məşhur geyim mağazaları şəbəkəsi cərimələnir

“Rodrigo tekstil sanayi ticaret anonym şirketi”nə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə yanvarın 21-də baxılacaq.

 

Xatırlatma: Protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

Xəyal Quliyev

Tarix: 15 Yanvar 2025, 10:09   
Seçilən
13
pravda.az

1Mənbələr