AZ

“Nemətoğlu Aqro"nun əməkdaşı şirkətin pulunu mənimsədi - MƏHKƏMƏ

Xəzər Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Mirsadiq Yusifovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlham Cəfərzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.


İttihama görə, Mirsadiq Yusifov 2022-ci illərdə “Nemətoğlu Aqro" MMC-nin satış nümayəndəsi vəzifəsində işləyib. O, şirkətin Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən anbardan götürmüş olduğu mallar üzrə vəzifələrini yerinə yetirərkən, öz qulluq mövqeyindən istifadə edib.


Belə ki, təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixdən 30 iyul 2022-ci il tarixədək MMC-nin anbarından tam maddi məsuliyyətinə götürmüş olduğu məhsulların satışından əldə etdiyi və “Nemətoğlu Aqro" şirkətinin xəzinəsinə köçürülməli olan ümumilikdə 20894,81 manat məbləğində pul vəsaitini Cəmiyyətin xəzinəsinə təhvil verməyərək mənimsəyib.


İstintaq dövründə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Kamal Məmmədov 

Tarix: 15 Yanvar 2025, 10:07   
Seçilən
1
pravda.az

1Mənbələr