"Nottingem Forest"in baş məşqçisi Nuno Espirito Santo "Liverpul"la oyunun (1:1) nəticəsini şərh edib.
90deqiqe.Az xəbər verir ki, "BBC" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.
“Birinci hissə çox keyfiyyətli keçdi, biz "Liverpul"a heç nə yaratmağa imkan vermədik, bəli, topa sahib idilər, amma heç bir təhlükəli anlar yaşanmadı. Başa düşürdük ki, ikinci hissədə hər şey dəyişəcək, onlar oyuna nəzarəti ələ keçirdilər və çoxlu qol imkanları yaratdılar. Təbii ki, komandamın gördüyü işlərlə fəxr edirəm. Oyunçuların fədakarlıq və istək səviyyəsi inanılmaz idi"
"Nottingem Forest" İngiltərə Premyer Liqası cədvəlində ikincidir, lakin "Arsenal" "Tottenhem"i məğlub etsə, bir pillə geriləyəcək.