AZ

Sabiq Baş nazirin burnunu sındırdılar - YENİLƏNİB

Batumidə hücuma məruz qalan sabiq Baş nazir, müxalif “Gürcüstan naminə” partiyasının lideri Giorgi Qaxariyanın son durumu açıqlanıb.

Modern.az-ın məlumatına görə, o, Batumidə Respublika Xəstəxanasına aparılıb, müayinədən sonra klinikanı tərk edib. 

Gürcüstanın Daxili İşlər Nazirliyi insidentlə bağlı cinayət işi başladıb.

Partiya sözügedən hücumun siyasi motivlər əsasında törədildiyini və ölkənin hakim “Gürcü arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili tərəfindən təşkil edildiyini iddia edib.

***

08:56

Gürcüstanın sabiq Baş naziri Giorgi Qaxariya hücuma məruz qalıb.

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Batumidə baş verib.

Hücum nəticəsində sabiq baş nazirin burnu sınıb.

"Şeraton" hoteldə fiziki zorakılığa məruz qalan Qaxariya klinikaya yerləşdirilib.

Qeyd edək ki, Qaxariya 2019-cu ildən 2021-ci ilədək Gürcüstanın baş naziri olub.

Seçilən
2
1
modern.az

2Mənbələr