AZ

Qərb buna görə bizə təzyiq göstərmir - Sibiqa

Ukraynanın müttəfiqləri müharibəni dayandırmaq üçün Rusiya ilə danışıqlara tez başlamaq üçün təzyiq göstərmirlər.

Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib.

“Söhbət Ukrayna üçün hərtərəfli, davamlı, uzunmüddətli sülhdən gedir. Ona görə də bizə heç bir təzyiq yoxdur. Bu məqsədə çatmaq üçün müttəfiqlərimizlə birlikdə çalışırıq. Üstəlik, əksinə, biz ədalətli sülhə nail olmaq yolunda Ukraynanın mövqeyini necə gücləndirmək barədə fikir mübadiləsi aparırıq”, - Sibiqa bildirib.

Seçilən
0
axar.az

1Mənbələr