AZ

ABŞ Türkiyəni tərəfdaşlar siyahısına salmadı

Vətəninfo.az xəbər verir ki, Amerika Birləşmiş Ştatları süni intellekt üçün istifadə edilən çiplərin ixracına məhdudiyyətlər ilə bağlı yeni tənzimləmə tətbiq edib.

“Narahatlıq doğuran ölkələr” hesab edilən bəzi ölkələr üçün süni intellekt sisteminə girişə məhdudiyyətlər qoyulub. Xüsusilə qeyd olunub ki, 18 müttəfiq və tərəfdaş ölkə üçün çiplərin satışında heç bir məhdudiyyət olmayacaq. Türkiyənin həmin siyahıda yer almaması diqqət çəkir.

Siyahıya daxil olan ölkələr bunlardır: Avstraliya, Belçika, Kanada, Danimarka, Finlandiya, Fransa, Almaniya, İrlandiya, İtaliya, Yaponiya, Hollandiya, Yeni Zelandiya, Norveç, Cənubi Koreya, İspaniya, İsveç, Tayvan və Böyük Britaniya.

Seçilən
0
veteninfo.az

1Mənbələr