AZ

Jota "Liverpul"un rekordunu qırıb

"Liverpul"un hücumçusu Dioqo Jota əvəzedici heyətə daxil olduqdan dərhal sonra qol vurub. 

90deqiqe.Az "Squawka"ya istinadən xəbər verir ki, 28 yaşlı forvard bu cür statistikalar tərtib olunmağa başlayandan (2006/07 mövsümündən bəri) əvəzedici kimi meydana çıxdıqdan sonra "Liverpul"un ən sürətli Premyer Liqa qolunu vurub.

Portuqaliyalı “Nottingem Forest”lə oyunun (1:1) 66-cı dəqiqəsində meydana çıxıb və cəmi 22 saniyə sonra “Meşəçilər”ə qol vuraraq komandasına heç-heçə gətirib.

Arne Slotun komandası İngiltərə çempionatının cədvəlində birinci yeri qoruyub. “Qırmızı-qaralar” 20 oyundan sonra 47 xalı, ikinci pillədə qərarlaşan “Nottingem Forest” isə 21 oyundan sonra 41 xala malikdir.

Seçilən
7
90deqiqe.az

1Mənbələr