Azərbaycandan ötən il Avropaya təxminən 12,9 mlrd. Kubmetr qaz ixrac olunub, bu da illik müqayisədə 9,3% artım deməkdir.
"APA-Economics" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.
Məlumata görə, hesabat dövründə Türkiyəyə 9,9 mlrd. kubmetr, Gürcüstana isə 2,4 mlrd. kubmetr qaz ixrac olunub.
“Bu dövrdə TANAP-la Türkiyəyə 5,6 mlrd. kubmetr qaz nəql edilib. Ötən il xaricə qaz satışı 2023-cü illə müqayisədə təqribən 5,8 % çoxdur”, - paylaşımda qeyd olunur.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.