Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının prorektoru Oleq Karpoviç deyib.
O, həmçinin vurğulayıb ki, İsveçrə artıq neytral statusa malik dövlət olmaqdan çıxdığı üçün prezident Vladimir Putin və Donald Tramp arasında danışıqlar aparacaq ölkələr siyahısına daxil edilməyib. Ekspert TASS-a müsahibəsində Aİ-nin Rusiyaya qarşı sanksiyalarına İsveçrənin qoşulduğunu bildirmişdi.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, onun komandası Vladimir Putinlə onun andiçmə mərasimindən sonra baş tuta biləcək görüşə hazırlaşır. Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Federasiyası bu görüşə hazırdır, lakin Moskva hələ ki, Amerika tərəfdən onun keçirilməsi ilə bağlı konkret təkliflər almayıb.