"Qarabağ"ın futbolçusu Juninyo "Flamenqo"da tibbi müayinədən keçib.
Publika.az xəbər verir ki, nəticələr hazırda ABŞ-də təlim-məşq toplanışında olan nümayəndə heyətinə göndərilib. Bu barədə "Globo" məlumat yayıb.
28 yaşlı hücumçu komandanın təlim-məşq toplanışına qatılmayacaq. Çünki "Flamenqo" yanvarın 19-da Braziliyaya dönəcək. Futbolçunun transferi rəsmiləşmədiyindən və sənədləri hazır olmadığından, bu, mümkün olmayıb.
Juninyo məhz komanda qayıtdıqdan sonra ictimaiyyətə təqdim ediləcək və məşqlərə başlayacaq. Onun yanvarın 25-də "Volta Redonda" ilə görüşdə debüt edəcəyi gözlənilir.