İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri Itamar Ben Qvir baş nazir Benyamin Netanyahu Qətərdəki danışıqlarda Qəzza zolağında atəşkəs və girovların azad edilməsi razılaşmasını qəbul edərsə, istefa verəcəyini açıqlayıb.
News24.az xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında yazıb.
Ben Qvir həmçinin ifrat sağçı İsrailin maliyyə naziri Bezalel Smotriçi “Hə*mas üçün təhlükəli təslim olmaq” kimi qiymətləndirdiyi atəşkəs razılaşmasının qarşısını almaqda ona qoşulmağa çağırıb.
Ben Qvir sosial mediada verdiyi açıqlamada atəşkəsin tətbiqinin qarşısının alınmasının və Qəzzada hərbi əməliyyatlar nəticəsində verilən itkilərin boşa çıxmasının qarşısının alınmasının İsrailin HƏMAS-a təslim olmasının qarşısını almaq üçün yeganə şans olduğunu vurğulayıb.
Ben Qvir həmçinin Smotriçin 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumlarından sonra İsrailin Qəzzada hərbi əməliyyatı davam etdirməsi ilə bağlı fikirləri ilə razılaşdığını bildirib. Smotriç atəşkəs razılaşmasına qarşı olduğunu açıqlasa da, hökuməti tərk edəcəyi ilə bağlı açıqlama verməmişdi.
Aynurə