AZ

İran və Rusiya hərbi ittifaq yaradır?

İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilə hərbi ittifaqın formalaşdırılmasını nəzərdə tutmur. Sənəd müdafiə sahəsində əməkdaşlıq daxil olmaqla, ikitərəfli münasibətlərin bütün aspektlərinin inkişafına yönəlib.

Axar.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Arakçı bəyan edib.

“Bu, kompleks və hərtərəfli bir müqavilədir. O, ikitərəfli münasibətlərin bütün aspektlərini əhatə edir, xüsusilə iqtisadiyyat və ticarətə xüsusi diqqət yetirilir. Müqavilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı nəzərdə tutur, lakin hərbi ittifaq yaratmaq məqsədini güdmür”, - deyə İranlı diplomat bildirib.

Onun sözlərinə görə, müqavilə üçüncü ölkələrə qarşı yönəlməyib və Rusiya ilə İranı heç bir şəkildə məhdudlaşdırmır.

Xatırladaq ki, daha əvvəl Kremlin məlumatına əsasən, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian 17 yanvar tarixində danışıqlardan sonra hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilə imzalayacaqlar.

Seçilən
0
2
axar.az

3Mənbələr