AZ

Qlobal neft hasilatının artım tempi daha da sürətlənəcək - PROQNOZ

Qlobal

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2025-ci il üçün maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu artırıb.

"APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu il maye karbohidrogenlərin gündəlik qlobal istehsalının ortalama hesabla 104,36 mln. barel olacağı ehtimal edilir ki, bu da öncəki proqnozdan 0,12 mln. barel çoxdur.

Bununla yanaşı, EIA gələn il qlobal gündəlik maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb. Belə ki, qeyd olunan göstəricinin 2026-cı ildə 105,89 barel səviyyəsində olacağı ehtimal olunur.

Hesabata əsasən, 2024-cü ildə maye karbohidrogenlərin gündəlik istehsalı 102,6 mln. barel (öncüki proqnoz – 102,59) olub, bu da 2023-cü ilin göstəricisi (102,02 mln. barel) ilə müqayisədə 0,58 mln. barel azdır.

Xatırladaq ki, 2022-ci ildə maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 99,99 mln. barel olub. 2021-ci ildə bu göstərici 95,7 mln. barel, 2020-ci ildə - 93,84 mln. barel təşkil edib, 2019-cu ildə isə 100,61 mln. barelə bərabər idi.

Seçilən
1
2
xalqcebhesi.az

5Mənbələr