AZ

Pezeşkian Trampın Yaxın Şərqdə sülhün bərqərar olmasına kömək edəcəyinə ümid edir

İran prezidenti Məsud Pezeşkian ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ağ Evə qayıtdıqdan sonra Yaxın Şərqdə sülhün bərqərar olmasına kömək edəcəyinə ümid etdiyini bildirib..

Poliqon xəbər verir ki, o, bu barədə News telekanalına müsahibəsində deyib.

“Ümid edirəm ki, Tramp qan tökülməsinə və müharibəyə deyil, regionda və dünyada sülhü təşviq edəcək”, Pezeşkian vurğulayıb.

İslam Respublikasının prezidenti sanksiyaların artırılması ilə bağlı verdiyi vədləri nəzərə alaraq Trampa mesaj da göndərib.

Poliqon.info

Seçilən
3
poliqon.info

1Mənbələr