AZ

ABŞ Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu il neft və digər maye karbohidrogenlərin hasilatının gündəlik 630 min barel olacağı proqnozlaşdırılır. 

Banco.az xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) aylıq hesabatında qeyd olunub.

Bu, qurumun əvvəlki proqnozu ilə eynidir. Hesabata əsasən, 2026-cı ildə ölkədə neft və digər maye karbohidrogenlərin hasilatı gündəlik 620 min barel olacaq. 

Həmçinin hesabatda qeyd olunub ki, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 600 min barel səviyyəsində olub.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
2
banco.az

1Mənbələr