Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu il neft və digər maye karbohidrogenlərin hasilatının gündəlik 630 min barel olacağı proqnozlaşdırılır.
Banco.az xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) aylıq hesabatında qeyd olunub.
Bu, qurumun əvvəlki proqnozu ilə eynidir. Hesabata əsasən, 2026-cı ildə ölkədə neft və digər maye karbohidrogenlərin hasilatı gündəlik 620 min barel olacaq.
Həmçinin hesabatda qeyd olunub ki, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 600 min barel səviyyəsində olub.