AZ

Rəsmi Bakıdan ABŞ səfirliyinin iddialarına cavab

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ-ın Bakıdakı səfirliyinin iddialarına cavab verib.
Bolgə.TV xəbər verir ki, bu barədə diplomat sosial şəbəkə hesabında yazıb.
“Bəxtiyar Hacıyevə qarşı qanuni məhkəmə qərarı işdəki çoxsaylı sübutlara əsaslanır və məhkəmə prosedurlarına xarici müdaxilə qəbuledilməzdir.
Maraqlıdır ki, eyni növ vergi fırıldaqçılığı və maliyyə cinayətləri Amerika Birləşmiş Ştatlarında daha ciddi şəkildə cəzalandırılır və həbs müddəti 30 ilə qədər çata bilir, nə üçün bu ölkə digər ölkələrdə belə cinayətlərə qarşı verilən cəzadan narazıdır?
Görünür ki, belə bir yanaşma qanunun aliliyinin əhəmiyyətinin artırılmasından daha çox siyasi maraqlara əsaslanır”, – o qeyd edib.

Seçilən
9
49
bolge.tv

10Mənbələr