AZ

Cənubi Koreya tarixində bir ilk: Vəzifədən uzaqlaşdırılan prezident Yoon saxlanılıb

Cənubi Koreya tarixində ilk dəfə dövlət başçısının saxlanmasının şahidi olub. 2024-cü il dekabrın 3-də hərbi vəziyyət elan edildiyinə görə müvəqqəti olaraq prezident vəzifəsindən kənarlaşdırılan Yoon Suk Yeol saxlanılaraq Korrupsiyaya Qarşı İstintaq İdarəsinə (CIO) aparılıb.

Editor.az bu barədə Cənubi Koreya mediasına istinadla xəbər verir.

Saxlanma prezident iqamətgahında müstəntiqlər və Yoonun komandası arasında saatlarla davam edən danışıqlardan sonra həyata keçirilib. O “iğtişaş” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamları ilə aparılan istintaq çərçivəsində həbs edilib. Xəbərdə “CIO prezident Yoon Suk Yeol-u üsyana rəhbərlik etmək ittihamı ilə həbs etdi”,- deyilir. Ölkə lideri saxlanmasını qan tökülməsinə səbəb ola biləcək biabırçılığın qarşısını almaq üçün könüllü olaraq CIO-nun qarşısına çıxması kimi qiymətləndirib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
4
editor.az

1Mənbələr