AZ

Ölkə iqtisadiyyatının heç bir xarici maliyyələşməyə ehtiyac yoxdur- ÖZƏL

"Azərbaycanın ziddiyyətlərlə dolu dünyamızda qazandığı uğurlar, nailiyyətlər ölkə Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti sayəsində mümkün olmuşdur". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Yola saldığımız 2024-cü ilin yekunlarına nəzər salanda əldə olunan iqtisadi ciddi artımlar xüsusi ilə nəzərə çarpır. Belə ki, ümumi daxili məhsul (ÜDM) 4 faizdən çox artıb, qeyri-neft sektoru və qeyri-neft sənayesi sahələrində də müsbət nəticələr əldə edilib. Ölkənin valyuta ehtiyatları 72 milyard dollar səviyyəsinə çatıb, xarici borc isə 5,2 milyard dollar təşkil edib ki, bu da ölkənin iqtisadiyyatını gücləndirən əsas faktorlardandır. Azərbaycanın ümumi daxili məhsulunun xarici borca olan nisbəti barədə yerli telekanllara müsahibəsində danışan dövlətimizin başçısı bildirib ki, xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7,2 faizini təşkil edir. Müqayisə üçün deyə bilərəm ki, əksər inkişaf etmiş ölkələrdə bu, 100 faizdən də çoxdur və 7,2 faiz səviyyə, doğrudan da, çox böyük nəticədir. Göründüyü kimi müstəqil ölkəmizin iqtisadiyyatının heç bir xarici maliyyələşməyə ehtiyac yoxdur. Bu da onu təsdiq edir ki, möhkəm təməl üzərində qurulan iqtisadiyyatın gələcək inkişafı qaçılmazdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
olaylar.az

1Mənbələr