AZ

DİN: Bakıda avtomobildə 33 kq narkotik tapılıb

DİN:

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir."Ulusum".az DİN-ə istinadən xəbər verir ki, Xətai rayonu ərazisində keçirilən növbəti tədbir nəticəsində əvvəllər də narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 42 yaşlı Seymur Əliyev saxlanılıb. Onun idarə etdiyi avtomobildən 33 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb. Bu şəxs narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsi ilə Biləsuvar rayonu ərazisindən əldə edib və Bakı şəhərində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıb.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir. Paytaxt və bölgələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə polis əməkdaşları tərəfindən fasiləsiz davam etdirilir.

Diqqət Çəkənlər

Qorxu filmi səhnəsi kimi: Bu görüntü Kayseridə çəkilib

Yaşlanma prosesini yavaşlatmaq üçün - ən faydalı yağlar

İsrail və HAMAS Qəzza ilə bağlı razılığa gəliblər

Seçilən
0
29
ulusum.az

10Mənbələr