AZ

ABŞ-da 2033-cü ildən ölüm hallarının doğumları ötəcəyi proqnazlaşdırılır

ABŞ-da 2033-cü ildən etibarən illik ölüm hallarının doğum nisbətini ötəcəyi proqnozlaşdırılır.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Büdcə Ofisinin (CBO) "Demoqrafik Görünüş: 2025-2055" hesabatında qeyd olunub.

Hesabata əsasən, ABŞ əhalisinin sayı 2055-ci ildə 372 milyon nəfərə çataraq ildə orta hesabla 0,2 faiz artacağı gözlənilir.

Bu nisbətin 1975-2024-cü illərdə qeydə alınan 0,9 faizlik illik orta artım sürətinin dörddə birindən az olduğuna diqqət çəkən hesabata görə, 2033-cü ildən etibarən illik ölüm sayının doğum saylarını ötməsi proqnozlaşdırılır.

Hesabatda əhalinin artım tempinin növbəti 30 il ərzində ümumilikdə yavaşlayacağı gözlənilir. 2025-2035-ci illər arasında illik orta hesabla 0,4 faizdən 2036-2055-ci illər arasında illik orta hesabla 0,1 faizə düşəcəyi ehtimal olunur.

Hesabatda xalis miqrasiyanın əhali artımının getdikcə daha vacib bir mənbəyi olacağına və miqrasiya olmadan əhalinin 2033-cü ilə qədər azalmağa başlaya biləcəyinə, doğuş nisbətlərinin bir nəslin özünü yeniləməsi üçün qeyri-kafi olacağı proqnozlaşdırıldığına diqqət çəkilir.

Hesabata görə, bu dönəmdə yaşı 65-dən yuxarı olanların sayının əhəmiyyətli dərəcədə artacağı və bu qrupun artım tempinin gənc yaş qruplarının artım tempindən daha sürətli olacağı qeyd edilib.

Şəbnəm Mehdizadə
Seçilən
1
1
e-huquq.az

2Mənbələr