AZ

SOCAR-ın yeni “yaşıl istiqraz”larına abunə yazılışı başlayıb

Bakı. Trend:

Ötən il yanvarın 15-dən etibarən SOCAR-ın bərpaolunan enerjilayihələrini dəstəkləmək məqsədilə buraxdığı yeni “yaşılistiqraz”larına abunə yazılışı başlayıb.

SOCAR-dan Trend-ə bildirilib ki, nominal dəyəri 1000 (min)dollar olan SOCAR istiqrazları sahiblərinə 6 faiz illik gəlirqazandıracaq.

İstiqrazlar 5 illik müddətə buraxılır və kupon ödənişləri hər 3aydan bir ödəniləcək. Ümumi buraxılış məbləği 200 milyon dollartəşkil edən istiqrazları əldə etmək üçün son tarix cari il fevralın28-dir. “Yaşıl istiqraz”lardan əldə olunan vəsait ölkəmiz üçünprioritet əhəmiyyətə malik yaşıl enerji layihə və investisiyalarınasərf ediləcək. Belə ki, SOCAR “Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarıaltında buraxdığı bu istiqrazları ilə vətəndaşlara etibarlı vədavamlı gəlir imkanı qazandırmaqla yanaşı, ekoloji cəhətdən təmizenerji mənbələrinin inkişafını dəstəkləmək niyyətindədir.

Eyni zamanda, Azərbaycanın yaşıl enerji sahəsindəkitəşəbbüslərinə töhfə vermək yeni emissiyanın başlıca məqsədlərindənbiridir.

“PAŞA Kapital” İnvestisiya Şirkətinin anderrayteri olduğuSOCAR-ın “Yaşıl istiqraz”larını 1 və 5 saylı “ASAN xidmət”mərkəzlərindəki SOCAR istiqrazları köşklərindən, o cümlədənölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə etməkmümkündür.

Seçilən
1
29
az.trend.az

10Mənbələr