AZ

Zibil qutusuna atılacaqdı, 83 minə satılır – FOTO

İngiltərədə "Harri Potter və fəlsəfə daşı"nın ilk nəşri son anda zibilliyə atılmaqdan "qurtulub".

Bizim.Media “BBC”yə istinadən xəbər verir ki, kitab hərracda təxminən 40 min funt sterlinqə (təxminən 82,311 manat) satışa çıxarılıb.
 

Nadir nəşri “NLB” hərrac evinin Daniel Pirs adlı rəhbəri Briksxem şəhərindən olan mərhum şəxsin əşyaları arasından tapıb. Kitab atılmalı olan əşyaların üstündə idi.


“Bu, bizim ən böyük tapıntımızdır. Kitabın məxsus olduğu ailə çox sevinir, onlar bunu heç gözləmirdilər... Bu pullar onlar üçün çox əhəmiyyətli olacaq. Kitab isə 20 ildir ki, rəfdə idi”, - deyə Pirs bildirib.

Onun sözlərinə görə, tapılan nüsxə əla vəziyyətdədir, baxmayaraq ki, belə kitablar adətən zədələnmiş şəkildə satılır. Yaxşı qorunub saxlanılması kitabın uzun müddət kitabxanada qalması ilə izah olunub.

“Harri Potter və fəlsəfə daşı”nın ilk çapı 500 nüsxə idi, onlardan 200-ü mağazalara, 300-ü isə kütləvi kitabxanalara göndərilib.

Kitabın birinci səhifəsində qələmlə “2 funt sterlinq” yazılıb. Məhz bu qiymətə kitab kitabxanadan satın alınmışdı. Bunun birinci nəşr olduğuna dair bir ipucu kitabın arxasındakı “Philosophy’s” sözünün səhv yazılmasıdır. Belə ki, sözdə “o” hərfi yoxdur.

Xatırladaq ki, ötən ilin noyabr ayında “Harri Potter”in ilk nəşrinin başqa bir nüsxəsi 36.000 funt-sterlinqə satılıb. Keçmiş sahibi onu 1997-ci ildə 10 funt-sterlinqə almışdı və o vaxtdan kitab nərdivanların altındakı şkafda idi.





Bizim.Media

Seçilən
4
bizim.media

1Mənbələr