AZ

Son 4 ayda qrip əlehinə peyvənd olunanların sayı açıqlanıb

Son 4 ayda Azərbaycanda  34 148 nəfər qrip əleyhinə peyvənd olunub. Bu barədə TƏBİB-in məlumatında qeyd olunub. 

"Peyvənd olunanlardan 4 min 431 nəfər 0-17 yaş aralığı, 29 min 717 nəfər isə 18 və daha yuxarı yaş qrupları üzrə şəxslərdir", - məlumatda deyilir. 
 

Bundan əvvəl TƏBİB-in icraçı direktoru bir daha vətəndaşları qripə qarşı vaksin olmağa çağırıb.
 
Sentyabrın 10-dan etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vaksinasiya məntəqələrinin işi qaydalara uyğun olaraq və "soyuq zəncir” sisteminin tələbləri nəzərə alınmaqla təşkil olunub. Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub.
 
Gülnar 

www.anews.az
Seçilən
0
anews.az

1Mənbələr