AZ

Yaponiyanın Kyushu adasında 6,9 bal gücündə zəlzələ sunami təhlükəsi yaradıb.

Fins.az xəbər verir ki, Yaponiyanın Kyuşu adasının sahillərində 6,9 bal gücündə zəlzələ sunami təhlükəsi yaradıb.

Yaponiyanın üçüncü ən böyük adası Kyushunun cənubunda yerləşən Miyazaki prefekturasında 6,9 bal gücündə zəlzələ baş verib. Bu barədə sunami xəbərdarlığı edən Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb.

Sunaminin hündürlüyü 1 metr idi və dalğa artıq sahilə çatmışdı. Hələlik dəyən ziyanla bağlı məlumat yoxdur. Zəlzələnin episentri Kyuşu adasının cənub-şərq sahillərindən 30 km dərinlikdə yerləşib.

Seçilən
0
fins.az

1Mənbələr