AZ

Ağır itkidən SARSILAN RAMAL: “Deyirdi, mən həyatda olmayanda…”

“Atam mənə həmişə deyirdi ki, nə vaxtsa mən olmasam həyatda, səhnədən kənarda qalma. Çünki sən sənət adamısan”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Ramal İsrafilov “Özəl” verilişində deyib.

Atasını itirəndən sonra efirlərdən uzaq düşən müğənni həyatının ən ağır itkisindən danışaraq kövrəlib:

“Tamaşaçı da bilir ki, əgər bir sənətçinin ailəsində faciə baş veribsə, sənət adamı sənəti ilə məşğul olmalıdır. Atam dünyasını dəyişəndən sonra məclisdəydim və çox gözəl hazırlaşıb ora getdim ki, məni kədərli görməsinlər. Atam da musiqiçi olub və o pozitivi hər zaman mənə ötürüb. Bu gün də elə bilirəm, o sağdır. Kənarda gözyaşı ola bilər, günüm-ayım qəm içində keçə bilər, ağladığım vaxt da olur, amma üzülmürəm. Çünki tamaşaçı məni üzülməyə qoymur. Mənə motivasiya verirlər ki, sən oxumalısan. Mən kiməm ki? Bir insanın canından can gedərsə… Bir müddət efirlərdən uzaq düşdüm. Amma indi yeni-yeni layihələrlə gəlirəm. Atam mənə həmişə deyirdi ki, nə vaxtsa mən olmasam həyatda, səhnədən, toydan qalma. Sən sənət adamısan”.

Nehru

Seçilən
1
yenicag.az

1Mənbələr