AZ

Senatorlar Pentaqonun rəhbərliyinə namizədi şəxsi həyatı ilə bağlı sorğu-sual ediblər

Senat üzvləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Pentaqona rəhbərlik etmək üçün təqdim etdiyi Pit Heqsetin namizədliyinə baxıblar. Keçirilən dinləmələrdə Senat üzvləri iş yerində sərxoşluq və nikahda xəyanət məsələlərinə toxunublar.

Herbiand.az bu barədə TASS agentliyinə istinadən bildirir.

Senatın Silahlı Qüvvələr Komitəsində Demokrat Partiyasının deputatları Heqsetə şəxsi həyatı ilə bağlı çoxsaylı suallar veriblər. Onların bir çoxu dinləmələrdə Heqsetin Amerika hərbi departamentinin rəhbəri olmaq üçün kifayət qədər ixtisasa malik olmadığı barədə fikir bildiriblər. Digərləri onun iş yerində spirtli içki içməsi ilə bağlı yayılan xəbərlərə diqqət çəkiblər. Nəhayət, Demokratlar ona əvvəlki evliliklərini və boşanmalarının səbəblərini xatırladıblar - Heqset üçüncü dəfə evlidir.

Lakin Respublikaçılar partiya üzvünün müdafiəsinə qalxıblar. Ohayo ştatından olan Respublikaçı senator Markueyn Mallin demokrat həmkarlarının hücumlarına emosional reaksiya verib.

44 yaşlı Pit Heqset ABŞ Milli Qvardiyasının veteranıdır. Əfqanıstanda, İraqda və Quantanamoda (Kuba) xidmət edib. 2014-cü ildən Fox TV kanalında çalışır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
1
herbiand.az

1Mənbələr