AZ

SEC İlon Maska qarşı iddia qaldırıb

SEC İlon Maska qarşı iddia qaldırıb

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) İlon Maskı adının "X" olaraq dəyişdirilmiş yeni sosial media şirkəti "Twitter"in səhmlərinin alınması ilə bağlı vaxtında bildiriş vermədiyi və beləliklə, səhmlərin aşağı qiymətlərə alınmasına davam edə bildiyi üçün məhkəməyə verib.SEC-in Vaşinqtonda qaldırdığı iddiada Maskın 2022-ci ilin mart ayında "Twitter"in səhmlərinin 5%-dən çoxunu aldığını açıqlayan hesabatı Komissiyaya vaxtında təqdim etməməklə federal qiymətli kağızlar qanunlarını pozduğu iddia edilir.Beləliklə Maskın səhmləri aşağı qiymətlərlə almağa davam edə bildiyini göstərən dosyedə və bu vəziyyətin ona ən azı 150 milyon dollar əskik ödəməyə imkan verdiyini iddia edilib.Xatırladılıb ki, Mask 2022-ci ilin əvvəlində əhəmiyyətli miqdarda "Twitter" səhmlərini almağa başlayıb və 14 mart 2022-ci ilə qədər o, şirkətin dövriyyədə olan səhmlərinin 5 faizindən çoxuna sahib olub.Dosyedə qeyd olunub ki, müvafiq qanunlara əsasən, 5 faizlik həddi keçdikdən sonra on təqvim günü ərzində SEC-i xəbərdar etmək öhdəliyi var və Mask bunu etməyib.Bu müddət başa çatdıqdan 11 gün sonra, 4 aprel 2022-ci ildə Mask SEC-ə verdiyi hesabatda "Twitter" səhmlərinin 9 faizindən çoxunu satın aldığını açıqlayıb və eyni gün "Twitter"in səhmlərinin qiyməti 27 faizdən çox artdığı bildirilib.İddianamədə qeyd edilir ki, Mask ərizə verməyi gecikdirdiyi müddətdə investorlar "Twitter"in səhmlərini süni şəkildə aşağı qiymətə satıb və əhəmiyyətli iqtisadi ziyana düşüb.İddia ərizəsində SEC məhkəmədən Maskdan cərimə ödəməsini və səhm alışlarından əldə etdiyi qanunsuz qazancları geri qaytarmağı tələb edib.

Seçilən
0
2
afn.az

7Mənbələr