Müğənni Mətanət Əsadov “İnstagram” səhifəsindəki paylaşımlarını bəyənib şərh yazmayan sənət dostlarını izləməsindən çıxarıb.
Pravda.az xəbər verir ki, müğənni bu barədə “Xəzər TV”də yayımlanan “Qonaqcanlı” verilişində danışıb.
““İnstagram”da cəmi üç sənət dostumu izləyirəm. Sərxan Kərəmoğlu, Manaf Ağayev... Bu insanlar ömür boyu ifamı, çıxışlarımı həm “layk” ediblər, həm də fikir bildiriblər. Digərləri məni izləsinlər, mən də izləyim. Hörmət hörmətə bağlıdır. Dedim ki, mənə layk atmayanları nə edim? Dedilər ki, izləmədən çıxaraq. Dedim ki, özünüz bilərsiniz...”, - o bildirib.
Tomris
Tarix: 15 Yanvar 2025, 10:59