Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polisəməkdaşları tərəfindən Kəngərli rayonu, Yeni Kərki və Qabıllıkəndləri ərazisində hərbi sursatların aşkar edilməsi barədəməlumatlar daxil olub.
Trend xəbərverir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumatlarla əlaqədar dərhal Naxçıvan MuxtarRespublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisəyerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiqtəhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxışzamanı aşkar edilmiş sursatların 1 ədəd PQ-2 40 mm-lik qumbaraatanmərmisi, 1 ədəd 85 mm-lik BR-365 yivli top mərmisi, 1 ədəd 76mm-lik B-350 zirehdələn top mərmisi, 1 ədəd 23 mm-lik OFZT yivlizenit top mərmisi və 1 ədəd RPG-7 qumbaraatan mərmisinin başlıqhissəsi olduğu müəyyən edilib.
Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçünərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanıbaşqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.