AZ

Rusiya qazının İrana ixrac olunması məsələsi diqqət mərkəzindədir – Araqçi

Bakı. Trend:

İran prezidenti Məsud Pezeşkianın Rusiyaya səfəri çərçivəsindəəsas müzakirə obyektlərindən biri Rusiya qazının İrana ixracedilməsi olacaq.

Trend-inməlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçiyerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya qazının İrana ixrac edilməsi iləİran bölgədə enerji və qaz mərkəzinə çevrilə bilər.

Araqçi deyib ki, hazırda neft və qaz boru xətlərinin çəkilməsiüzrə müzakirələr aparılır.

"Bu, İran və Rusiya arasında ən önəmli layihələrdən biridir.Ümid olunur ki, bu səfər çərçivəsində bu istiqamətdə irəliləyişlərəldə olunacaq.

İranın bir neçə istiqamətdən, həm Mərkəzi Asiya istiqamətindən,həm Xəzər dənizi istiqamətindən, həm də Qafqaz istiqamətindənRusiya ilə əlaqəsi var. Hazırda onların bəzisinintəkmilləşdirilməsi istiqamətində irəliləyişlər əldə olunub,bəziləri isə hələlik təkmilləşdirilməyib”, - deyə o qeyd edib.

Qeyd edək ki, 26 iyunda 2024-də İranın Milli Qaz Şirkətinin icradirektoru Məcid Çegeni və Rusiyanın QazProm Şirkətinin icradirektoru Aleksey Miller arasında Rusiya qazının İrana nəqlolunması üzrə sənəd imzalanıb.

Əlavə edək ki, İran təxminən 34 trilyon kubmetr qaz ehtiyatı ilədünyada qaz ehtiyatına sahib 2-ci ölkə hesab olunur. İranda hazırda22 qaz yatağı aktivdir.

Bildirək ki, İran prezidenti Məsud Pezeşkian 17 yanvardaRusiyaya səfər edəcək. Səfər çərçivəsində iki ölkə arasındahərtərəfli strateji əməkdaşlıq sənədi imzalanacaq.

Seçilən
2
az.trend.az

1Mənbələr