İran prezidenti Məsud Pezeşkian İslam Respublikasının ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa qarşı sui-qəsd hazırlaması ilə bağlı ittihamları rədd edib.
Modern.az xəbər verir ki, İran prezidenti NBC News telekanalına müsahibəsində deyib:
"Bu, İranofobiyanı təbliğ etmək məqsədi ilə İsrail və digər ölkələrin yaydığı növbəti uydurmadır. İran heç vaxt belə bir şeyə cəhd etməyib və bildiyimə görə, bunu heç vaxt etməyəcək".
Xatırladaq ki, 2024-cü ilin iyul və sentyabr aylarında Trampa qarşı sui-qəsd cəhdləri olub. Bundan sonra o, İranın onun həyatı üçün təhlükə yaratdığını bəyan edib.
İran Xarici İşlər Nazirliyi bu bəyanatları “yalan” adlandırıb. Noyabrın 8-də ABŞ Ədliyyə Departamenti Trampa sui-qəsd planı hazırlamaqla vəzifələndirildiyi iddia edilən 51 yaşlı İran vətəndaşı Fərhad Şakeri ittiham edib. Onun İslam Respublikasında olduğu güman edilir.