“Lukoil” neft şirkəti baş direktoru yenidən dəyişib.
“AzPolitika “RBC Rusiya”ya istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Məlumatda bildirilir ki, qərar direktorlar şurasının iclasında qəbul edilib. Şura Vadim Vorobyovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verib.
Onun yerinə isə “Lukoil”da Rusiyada neft və qaz hasilatı üzrə vitse-prezident vəzifəsini tutmuş Sergey Koçkurov təyin olunub.
Xatırladaq ki, Azərbaycan əsilli iş adamı Vahid Ələkbərovdan sonra şirkətə 2022-ci ildən Vadim Vorobyov rəhbərlik edirdi.