AZ

Meyvə-tərəvəzin xarici bazarı genişlənir

Azərbaycanın meyvə və tərəvəz ixracı idxalı iki dəfədən çox üstələyib. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2024-cü ilin yanvar-noyabr ayları ərzində ölkəmizdən 628 milyon ABŞ dolları dəyərində 610 min ton meyvvə və tərəvəz ixrac olunub. Hesabat dövründə meyvə və tərəvəzin ümumi ixracdakı payı 2,58 faiz, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 20,32 faizə bərabər olub. 

Ötən ilin 11 ayında Azərbaycana ümumi dəyəri 246,5 milyon ABŞ dolları olan 325,8 min ton meyvə və tərəvəz idxal olunub. Bu isə ümumi idxalın 1,31 faizi deməkdir. Göründüyü kimi, 2024-cü ilin yanvar-noyabr aylarında ölkənin meyvə və tərəvəz ixracı idxalı dəyər ifadəsində 2,5 dəfə, həcm ifadəsində isə 1,9 dəfədən çox üstələyib.

 

Seçilən
9
xalqqazeti.az

1Mənbələr